×
A
A
A
Sazlamalar

“Real Sosyedad” Avropa Liqasının tarixində ən böyük hesablı səfər qələbəsi qazanıb

Bakı, 20 oktyabr, AZƏRTAC

“Real Sosyedad” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Vardar”ı böyük hesabla məğlub edib.
AZƏRTAC xəbər verir ki, 6:0 hesabı ilə başa çatan oyun turnirin tarixində ən böyük hesablı səfər qələbəsi olub.
Həmçinin bu hesab top fərqinə görə də, turnirin rekordunu yeniləyib. Əvvəllər üç klub 6 top fərqli hesabla öz meydanında keçirilən oyundan qalib ayrılıb. Belə ki, ötən mövsüm “Lion” komandası “AZ Alkmar”a 7:1 hesabı ilə qalib gəlib. 2015-2016-cı il mövsümündə “Valensiya” klubu “Rapid”i 6:0 hesabı ilə məğlub edib. 2014-2015-ci il mövsümündə isə “Styaua” “Olborq”dan üstün olub – 6:0.

İdman 2017-10-20 11:20:00