×
A
A
A
Sazlamalar

Bu ilin 9 ayı ərzində paytaxtda 9148 cinayət qeydə alınıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 9148 cinayət qeydə alınıb ki, onların da 83,2 faizi (7608-i) az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8 faizi isə (1540-ı) ağır və xüsusilə ağır növlər olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 2,7 faiz, o cümlədən qəsdən adam öldürmə cinayətləri 14,6 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində səsləndirilib.
Bildirilib ki, cinayətlərin 79,1 faizinin (78,5 faiz), ağır növlərinin 79,1 faizinin (78,1 faiz), qeyri-aşkar şəraitdə baş verənlərin 69,4 faizinin (67,8 faiz) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1316 cinayətdən 94,5 faizi (95,7 faiz), o cümlədən qəsdən adamöldürmələrin 95,5 faizi (98,0 faiz), adam öldürməyə cəhdlərin 100 faizi (100 faiz), adam oğurluqlarının 100 faizi (50,0 faiz) və zorlamaların 100 faizi (100 faiz) açılıb.

Hadisə 2017-10-19 17:16:00