×
A
A
A
Sazlamalar

Doqquz ayda Bakıda soyğunçuluq və quldurluq cinayəti törətmiş 50 qrup ifşa olunub

Bakı, 19 oktyabr, AZƏRTAC

Bu ilin doqquz ayı ərzində təqsirləndirilən şəxs qismində axtarışda olan 1566 nəfərdən 66,5 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 600 nəfərdən isə 48,2 faizi tutulub. Bununla yanaşı, 60 soyğunçuluq və quldurluq cinayəti törətmiş 107 nəfərdən ibarət 50 qrup, eləcə də 101 mənzil oğurluğu törətmiş 121 nəfərdən ibarət 49 cinayətkar qrup ifşa olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.
Diqqətə çatdırılıb ki, cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3944 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 223 bağlı cinayət açılıb.

Hadisə 2017-10-19 17:01:00