×
A
A
A
Sazlamalar

Ölkə üzrə pambıq tədarükü 100 min tonu ötüb

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 103 min 6,20 ton məhsul təhvil verilib. Bu, ötənilki ümumi göstəricidən təxminən 14 min ton çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 18-də 3386,70 pambıq tədarük olunub.
Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 16309,80 ton məhsul təhvil veriblər. Biləsuvarda 11729,63 ton, Sabirabadda 10053,80 ton pambıq tədarük edilib.
AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 19-na olan operativ məlumatı təqdim edir.

Kənd təsərrüfatı 2017-10-19 12:06:00