×
A
A
A
Sazlamalar

Güclü təsiredici maddələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Güclü təsiredici maddələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Şirvanovka” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı, vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) “Tramadol 50 mq” və 1 konvalyut (7 həb) “Tramadol HCI 150 mq” markalı dərman preparatları aşkarlanıb.
Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2017-10-19 10:40:00