×
A
A
A
Sazlamalar

Vitold Vaşçikovski: Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir. Bu il Azərbaycan ilə Polşa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Ötən 25 il ərzində gözəl münasibətlər qurmuşuq. Azərbaycan təhlükəsizliyinə, sabitliyinə görə polşalı turistlər üçün maraqlı ölkədir. Biz Şərq Tərəfdaşlığı çərçivəsində yaxından əməkdaşlıq edirik. Ölkələrimiz regionda sülh və təhlükəsizlik adasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Vitold Vaşçikovski azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə deyib ki, Polşa Dağlıq Qarabağ münaqişəsi məsələsində birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Nazir vurğulayıb ki, iqtisadi sahədə əlaqələrimiz inkişaf edir. Gələn il Polşa Prezidentinin ölkəmizə səfəri gözlənilir. Bu səfər zamanı bir sıra sənədlərə baxılacaq.
Elmar Məmmədyarov qeyd edib ki, Polşa və Azərbaycan arasında çox qədim əlaqələr var. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edirlər.

Xarici siyasət 2017-10-18 13:58:00