×
A
A
A
Sazlamalar

Qəbul məntəqələrinə 100 min tona yaxın pambıq təhvil verilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 99 min 619,50 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən bir gündə 3140,53 ton pambıq tədarük olunub.
Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.
Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar oktyabrın 18-dək 15 min 971,40 ton məhsul təhvil veriblər.
Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.
AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 18-nə olan operativ məlumatı təqdim edir.

Kənd təsərrüfatı 2017-10-18 13:19:00