Cüdo üzrə cənub regional birinciliyi başa çatıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Şirvanda yeniyetmə cüdoçular arasında keçirilən cənub regional birinciliyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Masallı, Salyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparıblar.
Birinciliyin ikinci günündə 2001-2003-cü il təvəllüdlü cüdoçular medallar uğrunda yarışıblar. Şirvan cüdoçuları daha yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar. İkinci yeri İmişli komandası tutub. Masallı cüdoçuları isə üçüncü olublar.
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir