×
A
A
A
Sazlamalar

Ən güclü idman gimnastları və akrobatlar müəyyənləşəcək

Bakı, 17 oktyabr, AZƏRTAC

Gimnastika növləri üzrə təşkil olunacaq birgə yarışlarda bu dəfə akrobatlar və idman gimnastları bir araya gələcəklər.
AZƏRTAC xəbər verir ki, noyabrın 17-dən 18-dək Milli Gimnastika Arenasının köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, eyni zamanda akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı təşkil olunacaq.
İki gün boyunca davam edəcək turnirdə idmançılar çempion adı uğrunda mübarizə aparacaqlar.

İdman 2017-10-17 15:20:00