×
A
A
A
Sazlamalar

Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çox pambıq təhvil verilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 96 min 478,97 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Belə ki, keçən il oktyabrın 17-dək pambıq qəbulu məntəqələri 38 min 893,60 ton məhsul tədarük etmişdi.
AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 17-nə olan operativ məlumatı təqdim edir.

Kənd təsərrüfatı 2017-10-17 13:08:00