“Atletiko Madrid” futbol komandasının oyunçuları artıq Bakıdadır
Bakı, 17 oktyabr, Elvin Camalov, AZƏRTAC
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 18-də keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” qarşılaşması ilə əlaqədar “Atletiko Madrid” klubunun oyunçuları Bakıya gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.
Məlumatda qeyd edilib ki, futbolçular çarter uçuş həyata keçirib və İspaniyanın paytaxtı Madriddən Bakıya “Airbus A340-500” təyyarəsi ilə gətiriliblər.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb