×
A
A
A
Sazlamalar

“Napoli” Kalidu Kulibalini “Çelsi”yə 60-70 milyon avrodan aşağı məbləğə satmayacaq

Bakı, 17 oktyabr, AZƏRTAC

“Napoli”nin mərkəz yarımmüdafiəçisi Kalidu Kulibali yenidən “Çelsi”nin maraq dairəsindədir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, London təmsilçisi dəfələrlə 26 yaşlı seneqallı futbolçunu heyətinə qatmağa cəhd etsə də, “Napoli” ilə danışıqları müsbət nəticələnməyib.
Hazırda İtaliya klubu müdafiəçi ilə yollarını ayırmaq fikrində deyil. Əgər “Napoli” İtaliya çempionatının qalib olarsa, klub rəhbərliyi futbolçunu 60-70 milyon avrodan aşağı məbləğə satmayacağını açıqlayıb.
Qeyd edək ki, Kalidu Kulibali cari mövsüm İtaliya çempionatında 8 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

İdman 2017-10-17 10:40:00