×
A
A
A
Sazlamalar

AFFA-nın əməkdaşı ÇSKA-“Bazel” oyununa təyinat alıb

Bakı, 17 oktyabr, AZƏRTAC

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Rusiya) – “Bazel” (İsveçrə) oyununa təyinat alıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Elçin Məmmədov matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.
ÇSKA-“Bazel” oyunu oktyabrın 18-də Moskvadakı “ÇSKA Arena”da keçiriləcək.

 

İdman 2017-10-17 10:07:00