×
A
A
A
Sazlamalar

“Qarabağ”–“Atletiko Madrid” matçı zamanı azarkeşlərin stadiona rahat gediş-gəlişi təmin olunacaq

Bakı, 17 oktyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində oktyabrın 18-də keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” matçının keçiriləcəyi Bakı Olimpiya Stadionuna azarkeşlərin rahat gediş-gəlişini təmin etmək üçün ictimai dayanacaq xidmət göstərəcək.
AZƏRTAC “Qarabağ” futbol klubunun saytına istinadla xəbər verir ki, oktyabrın 18-də saat 20:00-da başlayacaq qarşılaşmaya baxmağa gələcək azarkeşlər saat 17:00-dan etibarən avtodayanacaqdan istifadə edə biləcəklər.
Hazırda qarşılaşmaya bilet satışı davam edir. Azarkeşlər oktyabrın 17-dən etibarən biletləri Bakı Olimpiya Stadionun qarşısındakı satış məntəqələrindən əldə edə bilərlər. Bununla yanaşı, “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” alış-veriş mərkəzlərindən, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyli küçəsi 69x ünvanından bilet almaq mümkündür.
Xatırladaq ki, “Qarabağ” klubu “Çelsi”, “Atletiko Madrid” və “Roma” klubları ilə eyni-“C” qrupunda mübarizə aparır.

İdman 2017-10-17 00:13:00