×
A
A
A
Sazlamalar

Nərimanov rayonu üzrə məhəllələrarası minifutbol turnirinə yekun vurulub

Bakı, 16 oktyabr, AZƏRTAC

Nərimanov rayonu üzrə məhəllələrarası minifutbol turnirinin final oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2006-2007-ci il təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Məktəb–Lisey Kompleksinin minifutbol meydançasında təşkil olunub.
İyirmi üç komandanın iştirak etdiyi yarışda “Azəri” birinci olub. “Gənclik” komandası yarışı ikinci, “Məşəl” isə üçüncü pillədə başa vurublar.
Sonda mükafatçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif olunublar.

İdman 2017-10-16 18:35:00