×
A
A
A
Sazlamalar

İrena Xubulova: Bu qələbəyə görə valideynlərimə və yaxınlarıma minnətdaram

Bakı, 16 oktyabr, AZƏRTAC 

Bu qələbəyə görə Allahıma, məşqçim Stanislav Kasoyevə, valideynlərimə və yaxınlarıma minnətdaram.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan təmsilçisi, yeniyetmələr arasında sambo üzrə dünya çempionu İrena Xubulova deyib.
“Ukraynalı idmançı Anastasiya Bezatosna ilə ilk dəfə idi mübarizə aparırdım, idmançı kimi onunla tanış deyildim. Mənə birinciliyi qazanmaq nəsib oldu. Lakin qələbəyə baxmayaraq, özümdən razı deyiləm. Yarış vaxtı arabir texnikamda qüsurlar olurdu, səhvlərə yol verirdim. Texnikamı bundan sonra daha da təkmilləşdirməliyəm”, - deyə çempion əlavə edib.

İdman 2017-10-16 17:20:00