×
A
A
A
Sazlamalar

“Qarabağ”ın oyunu zamanı xüsusi ekspress avtobusların ayrılması nəzərdə tutulmayıb

Bakı, 16 oktyabr, Elvin Camalov, AZƏRTAC

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 18-də keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” oyunu zamanı xüsusi ekspress avtobusların ayrılması nəzərdə tutulmayıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AZƏRTAC-a deyib.
O bildirib ki, Bakı Nəqliyyat Agentliyi oyun günü Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən marşrut xətlərinin işinə nəzarəti gücləndirəcək. Xüsusi ekspress avtobusların ayrılması isə nəzərdə tutulmayıb.

Nəqliyyat 2017-10-16 17:08:00