×
A
A
A
Sazlamalar

Qobustanda payızlıq taxıl əkininə 50-dən çox səpin aqreqatı cəlb olunub

Qobustan, 16 oktyabr, AZƏRTAC 

Qobustan rayonunda payızlıq taxıl əkini kampaniyası sürətlə davam etdirilir və hər gün sahələrə 50-dən çox səpin aqreqatı çıxarılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, son vaxtlar yağışların törətdiyi çətinliklərə baxmayaraq, artıq 10 min hektaradək sahədə əkin aparılıb. Rayonun daha çox taxıl əkilən ərazilərində, o cümlədən Xilmilli, Cəmcəmli, Qurbanlı, Təklə ərazi vahidlərində, habelə Qobustan Bölgə Təcrübə Stansiyasında, “Qobustan rayon kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC-də və bir sıra digər yerlərdə bu mühüm kampaniya daha sürətlə, mütəşəkkil davam etdirilir.
Qeyd edək ki, ötən ilin payızında 26 min hektarda səpin aparan Qobustan taxılçıları cari mövsümdə əkin sahələrini azı 27 min hektara çatdırmaq əzmindədirlər.

Kənd təsərrüfatı 2017-10-16 16:08:00