×
A
A
A
Sazlamalar

Azərbaycan samboçusu Serbiyada dünya çempionu olub

Bakı, 16 oktyabr, AZƏRTAC

Serbiyanın Novı-Sad şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, yeniyetmələrin yarışında millimizin üzvü İrena Xubulova (52 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb. Digər samboçularımız Yaşar Nəcəfov (60 kq) və Teymur Allahverdiyev (70 kq) isə mundialın bürünc medalına sahib olublar.
Millimiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında mübarizə aparıb.

İdman 2017-10-16 16:02:00