×
A
A
A
Sazlamalar

“Real” futbol klubu Alaba ilə maraqlanır

Bakı, 16 oktyabr, AZƏRTAC 

“Bavariya”nın müdafiəçisi David Alaba əvvəlki kimi “Real”ın maraq dairəsindədir.
AZƏRTAC xəbər verir ki, madridlilərin avstriyalı ilə bu variantı gözdən keçirmələrinə səbəb sol və mərkəz müdafiəçilərin tez-tez zədə almalarıdır.
“Real” Alabanı ötən yay əldə etməyə cəhd etsə də, münxenlilər buna rədd cavabı veriblər.
Müdafiəçinin “Bavariya” ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

İdman 2017-10-16 16:05:00