×
A
A
A
Sazlamalar

“Qarabağ”-“Atletiko Madrid” matçını fransalı hakimlər briqadası idarə edəcək

Bakı, 16 oktyabr, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası ilə İspaniyanın “Atletiko Madrid” klubu arasında keçiriləcək oyunu fransalı hakimlər briqadası idarə edəcək.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüşün baş hakimi Ruddi Buke olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Giyom Debar və Frederik Kano kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə hakimlər Amori Deleru və Fransua Letesye olacaq.
Bu qrupun digər oyununda “Çelsi” klubu “Roma”nı qəbul edəcək.

İdman 2017-10-16 15:50:00