×
A
A
A
Sazlamalar

Akrobatlarımız Avropa yaş qrupu yarışlarında iştirak ediblər

Bakı, 16 oktyabr, AZƏRTAC

Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə Avropa yaş qrupu yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizi yarışlarda kişi cütlüyü proqramında Daniel Abbasov-Murad Rəfiyev (11-16 yaş), qadın qrupu proqramında isə Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova (12-18 yaş) təmsil ediblər.
Gənc gimnastlarımızın icra etdiyi çıxışlar onlara uğur gətirərək hər iki proqramda finalçılar sırasına düşməyi bacarıblar. Yekun mərhələdə isə kişi cütlüyümüz 26.000 xalla 5-ci, qadın qrupumuz 26.600 xalla 6-cı yerdə yarışları başa vurublar.
Xatırladaq ki, bir neçə gün sonra Jeşuv şəhəri daha bir mötəbər yarışa - akrobatika gimnastikası üzrə Avropa çempionatına da ev sahibliyi edəcək. Oktyabrın 19-dan 22-dək keçiriləcək turnirdə “yunior” proqramında qarışıq cütlüklərin yarışında millimizin üzvləri Ağasif Rəhimov, Nurcan Cabbarlı və Abdulla Əl-Məşayxi, Ruhudil Qurbanlı medallar uğrunda mübarizəyə qatılacaqlar.

İdman 2017-10-16 15:16:00