×
A
A
A
Sazlamalar

Ölkə üzrə pambıq tədarükü 95 min tona yaxınlaşıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 94 min 81,89 ton məhsul təhvil verilib. Hazırda pambıq yığımı davam edir. Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 14-15-də 6165,80 ton pambıq tədarük olunub.
Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 15426,70 ton məhsul təhvil veriblər. Biləsuvarda 10925,43 ton, Sabirabadda 9308,80 ton pambıq tədarük edilib.
AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 16-na olan operativ məlumatı təqdim edir.

Kənd təsərrüfatı 2017-10-16 14:57:00