Azərbaycan ilə Gürcüstan arasında sıx əməkdaşlıq bölgədə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır
Tbilisi, 16 oktyabr, AZƏRTAC
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilən səmərəli əməkdaşlıq təcrübəsini müzakirə edən tərəflər münasibətlərimizin bölgədə təhlükəsizliyin təmin olunmasına zəmin yaratdığını xüsusi vurğulayıblar.
Görüşdə, həmçinin Silahlı Qüvvələrin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin, o cümlədən hərbi mütəxəssislərin görüşlərinin təşkili və keçirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafına və yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə fayda verəcəyi bildirilib.
Tərəflər Gürcüstanın da iştirakı ilə üçtərəfli və ikitərəfli formatda birgə təlimlərin keçirilməsinin Silahlı Qüvvələrimizin bölmələri arasında əməliyyat uzlaşmasının əldə olunmasına və regional təhlükəsizliyə töhfə verəcəyinə əminlik ifadə ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO