×
A
A
A
Sazlamalar

“Təhsil Liqası”nın oyunlarına başlanılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

“Təhsil” Respublika İdman Mərkəzinin 2017-2018-ci il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil etdiyi “Təhsil Liqası”nın oyunlarına başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, liqanın keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
Hər liqa üzrə keçirilən yarışlara idman məktəblərindən və futbol klublarından 12 komanda qatılıb. FIFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq.
Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medal, qiymətli hədiyyələrlə mükafatlandırılacaq, beş nominasiya üzrə seçiləcək futbolçulara xüsusi mükafatlar veriləcək.

İdman 2017-10-16 13:03:00