×
A
A
A
Sazlamalar

“Qarabağ” komandasının ispaniyalı futbolçuları “AS” qəzetinə müsahibə veriblər

Madrid, 16 oktyabr, AZƏRTAC 

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” oyunu ərəfəsində Azərbaycan təmsilçisinin heyətində çıxış edən ispaniyalı futbolçular Dani Kintana və Miçel İspaniyanın nüfuzlu idman nəşri olan “AS” qəzetinə müsahibə veriblər.
“Atletiko Madrid”in səfəri Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır” sərlövhəli yazıda “Qarabağ” komandasının ispaniyalı futbolçuları Bakıda keçiriləcək oyuna azarkeşlərin böyük marağından, komandamızın mübarizəyə ciddi hazırlaşmasından bəhs ediblər.
“AS” qəzetinin jurnalisti F.X.Diasın suallarını cavablandıran “Qarabağ”ın yarımmüdafiəçisi Miçel deyib: “Bu, azərbaycanlı futbol azarkeşləri üçün çox maraqlı oyundur və stadiona çoxlu sayda insanın gəlməsi gözlənilir. Bakı Olimpiya Stadionu yeni arenadır, burada ölkənin milli komandası öz oyunlarını keçirir. AFFA bizə UEFA Çempionlar Liqasındakı oyunlarımızı burada keçirməyə imkan yaradıb. Bu stadion 70 min azarkeş tutur və əminəm ki, arena “Atletiko Madrid” futbolçularının xoşuna gələcək”.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

İdman 2017-10-16 11:56:00