×
A
A
A
Sazlamalar

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

Tbilisi, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov görüşdə iştirak etmək üçün oktyabrın 16-da Tbilisiyə səfərə yola düşüb.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Ordu 2017-10-16 10:47:00