×
A
A
A
Sazlamalar

Balakəndə indiyədək 21 min tondan çox dən qarğıdalı istehsal olunub

Balakən, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun təsərrüfatlarında payızlıq bitkilərin əkininə başlanılıb. Fermerlər artıq 74,5 hektar sahəyə arpa və buğda, 26,5 hektar sahəyə yonca toxumu səpib, 6 hektar sahədə kələm əkiblər.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Hazırda təsərrüfatlarda tütün və qarğıdalı yığımı davam edir. Bu il balakənli fermerlər 528 hektar sahədə tütün yetişdiriblər. İndiyədək rayonda 254 ton quru tütün istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 ton çoxdur. Eyni zamanda, bu günədək rayonda 21 min tondan çox dən qarğıdalı istehsal olunub. Balakənli fermerlər cari mövsümdə 40 min tondan çox dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar.

Kənd təsərrüfatı 2017-10-16 00:17:00