×
A
A
A
Sazlamalar

Dənli və dənli paxlalı bitkilərin əkin sahəsindən 2 milyon 683,8 min ton məhsul yığılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,7 faizi, yaxud 938,2 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 683,8 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz az məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib.
Bundan əlavə, 28,6 min hektar dən üçün qarğıdalı sahəsindən 178,7 min ton məhsul toplanaraq, hər hektardan orta hesabla 62,4 sentner qarğıdalı dəni götürülüb.
Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 milyon 862,5 min ton olub.


 

Kənd təsərrüfatı 2017-10-14 14:33:00