×
A
A
A
Sazlamalar

Avstraliyada sərnişin təyyarəsi qəza enişi edib

Tokio, 14 oktyabr, AZƏRTAC 

“Etihad Airways” aviaşirkətinin Abu-Dabidən Sidneyə uçan sərnişin təyyarəsi pilotların kabinəsində qəza siqnalının işə düşməsi ilə əlaqədar Adelaida aeroportuna qəza enişi edib.
AZƏRTAC xəbər verir ki, göyərtəsində 349 sərnişin olan “Boeing-777” təyyarəsinin qəza enişi uğurla başa çatıb. Hazırda mütəxəssislər təyyarədə yaranan problemi araşdırırlar.
Sərnişinlərin digər aviaşirkətlərin təyyarələri ilə Sidneyə göndəriləcəkləri bildirilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-10-14 12:59:00