×
A
A
A
Sazlamalar

İspaniyalı alimlər xərçənglə daha səmərəli mübarizə üsulu tapıblar

Madrid, 14 oktyabr, AZƏRTAC 

Kataloniya Nanotexnologiyalar İnstitutunun bir qrup tədqiqatçısı, müxtəlif növ xərçəng şişlərinin müalicəsinin daha səmərəli həyata keçirilməsinə xidmət edə biləcək qızıl nano hissəciklər yaradıblar. Alimlər müəyyən ediblər ki, belə hissəciklər antitellərlə bərabər tətbiq edildikdə, terapevtik müalicəyə müsbət təsir göstərir.
İspaniyalı alimlər bildiriblər ki, qızıl nano hissəciklər müalicə zamanı istifadə olunan bəzi maddələrin mənfi təsirini azaldır.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2017-10-14 12:27:00