×
A
A
A
Sazlamalar

İnyesta “Atletiko” ilə oyunda meydana çıxa bilər

Bakı, 14 oktyabr, AZƏRTAC

“Barselona” futbol klubunun yarımmüdafiəçisi Andres İnyesta İspaniya çempionatının VIII turu çərçivəsində “Atletiko” ilə oyunda meydana çıxa bilər.
AZƏRTAC Kataloniya təmsilçisinin saytına istinadla xəbər verir ki, 33 yaşlı ispaniyalı futbolçu zədəsini sağaldıb və komandasına Madriddə keçiriləcək səfər oyununda kömək etməyə hazırdır.
“Atletiko”-“Barselona” oyunu bu gün keçiriləcək.
Qeyd edək ki, İnyesta ölkə çempionatının VII turu çərçivəsində “Las-Palmas” ilə oyunda zədələnib və İspaniya millisinin heyətində dünya çempionatının seçmə mərhələ oyunlarından kənarda qalıb.

İdman 2017-10-14 12:24:00