×
A
A
A
Sazlamalar

Kaliforniyada meşə yanğınları nəticəsində həlak olanların sayı artır VİDEO

Bakı, 14 oktyabr, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatının şimalında tüğyan edən meşə yanğınları yaşayış məntəqələrini məhv edir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, yanğınlar azı 36 nəfərin həyatına son qoyub, 300 nəfərədək insan isə itkin düşmüş sayılır. Təbii fəlakətin ən çox ziyan vurduğu Sonoma şəhərinin şerifi əlil qadının yanğından xilas olunmasını əks etdirən video çəkib. Alov bu şəhərdə 19 nəfərin ölümünə səbəb olub.
1933-cü ildən bəri qeydə alınan ən böyük yanğınla mübarizəyə 9 minə yaxın yanğınsöndürən cəlb edilib. Lakin sürəti saatda 100 kilometrə çatan külək səbəbindən yeni-yeni yanğın ocaqları əmələ gəlir. Yanğınların davam etdiyi rayonlarda 5700 tikili yanaraq külə dönüb, 90 mindən çox insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Yanğın ştatın 17 bölgəsində təxminən 200 min hektarı əhatə edir. Ötən bazar günü başlayan yanğınların səbəbi hələ ki, müəyyənləşməyib.

Dünya 2017-10-14 11:56:00

Video