×
A
A
A
Sazlamalar

ABŞ-dakı neft quyularının sayı azalıb

Bakı, 14 oktyabr, AZƏRTAC
Keçən həftə ABŞ-da aktiv neft quyularının sayı azalıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 5 ədəd azalaraq 743 təşkil edib. ABŞ-dakı aktiv neft-qaz və qarışıq fəaliyyət göstərən quyuların sayı isə 8 ədəd azalaraq ümumilikdə 928 ədəd olub. Bu, ötən ilin eyni dövründəkindən 389 qurğu çox deməkdir.
Beləliklə də ABŞ-da aktiv neft quyularının sayı son 6 həftənin beşində azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Dünya 2017-10-14 10:24:00