×
A
A
A
Sazlamalar

Fransalı Odri Azuley YUNESKO-nun yeni baş direktoru seçilib

Bakı, 13 oktyabr, AZƏRTAC 

Bu gün YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin sonuncu - beşinci turu keçirilib.
AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, Fransanın sabiq mədəniyyət naziri Odri Azuley təşkilatın baş direktoru seçilib. Onun namizədliyinə YUNESKO-nun İcraiyyə Şurasının əksər üzvləri səs veriblər. Belə ki, seçkilərin sonuncu turunda təşkilata 58 üzv dövlətdən 30-u Azuleyi dəstəkləyib. Onun Qətərdən olan rəqibi isə 28 səs alıb.
Yeni rəhbər YUNESKO-nun gələn ay keçiriləcək 39-cu Baş konfransında təsdiqlənəcək. Təşkilatın tarixində ikinci dəfədir ki, Fransanın nümayəndəsi YUNESKO-da baş direktor seçilir.

Dünya 2017-10-13 22:26:00