×
A
A
A
Sazlamalar

Dubayda cərimələri səsli komanda ilə ödəmək mümkün olacaq

Abu-Dabi, 13 oktyabr, AZƏRTAC

Dubayda yol cərimələrini ölkə polisinin hazırladığı süni intellekt sistemindən istifadə etməklə səsli komanda ilə ödəmək mümkün olacaq.
AZƏRTAC Əmirlik KİV-lərinə istinadla xəbər verir ki, “Gitex” texnologiya sərgisi zamanı təqdim olunan bu xidmətin “Amna” adlandırılan birinci mərhələsi məhz cərimələrin ödənilməsi üçün nəzərdə tutulur. Yeni sistem, məsələn, cinayət işinə görə axtarışı da şəxsi məlumatların səslə təsdiqindən sonra yerinə yetirəcək.
Dubay polisinin intellektual xidmətinin baş direktoru Xalid Al-Razzuki bildirib ki, yeni servis sutkalıq rejimdə işləməklə, müştərinin vaxtına qənaət edəcək.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi

Dünya 2017-10-13 21:43:00