×
A
A
A
Sazlamalar

“Arsenal” klubunun futbolçusu zədəyə görə 6 həftə meydana çıxa bilməyəcək

Bakı, 13 oktyabr, AZƏRTAC
Londonun “Arsenal” klubunun və Almaniya futbol yığmasının müdafiəçisi Şkodran Mustafi altı həftə meydana çıxa bilməyəcək.
AZƏRTAC “Mirror” saytına istinadən xəbər verir ki, futbolçu 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuncu turunda Azərbaycan millisi ilə qarşılaşmada bud sümüyündən zədə alıb. Mustafinin zədəsinin bərpası üçün 4-6 həftə vaxt lazımdır. Almaniyalı, həmçinin dizaltı vətər travması da alıb. Oyunda start heyətdə meydana çıxan futbolçu zədələnərək 36-cı dəqiqədə əvəzlənib.
İyirmi altı yaşlı futbolçu daha əvvəl İtaliyanın “Sampdoriya” və İspaniyanın “Valensiya” klublarında forma geyib. 2016-cı ildən “Arsenal”ın idman şərəfini qoruyan futbolçu bu müddət ərzində keçirdiyi 31 oyunda 2 qol vurub.
Bundan əvvəl “Mançester Siti” klubunun argentinalı hücumçusu Serxio Aqüero Amsterdamda yol-nəqliyyat hadisəsi zamanı qabırğasını sındırmışdı. Forvardın İngiltərə Premyer Liqasının səkkizinci turu çərçivəsində oktyabrın 14-də “Stouk Siti” komandası ilə oyunda iştirak edəcəyi bildirilir.

İdman 2017-10-13 21:20:00