×
A
A
A
Sazlamalar

“Zirə” klubunun məşqçisi Kiyev “Dinamo”sunun düşərgəsində olub

Bakı, 13 oktyabr, AZƏRTAC

Bakının “Zirə” futbol klubunun məşqçisi Zaur Həşimov PRO kateqoriyası məşqçilik kursu çərçivəsində bir həftəlik Kiyev “Dinamo”sunun düşərgəsində təcrübə keçib.
AZƏRTAC xəbər verir ki, təcrübə müddətində Zaur Həşimov “Dinamo”nun baş məşqçisi Aleksandr Xaçkeviç və klubun elmi-tədqiqat qrupunun rəhbəri Aleksandr Kozlovla da görüşüb.

 

İdman 2017-10-13 18:23:00