×
A
A
A
Sazlamalar

“Qəbələ” boksçuları Ukrayna klubu ilə qarşılaşacaqlar

Bakı, 13 oktyabr, AZƏRTAC

“Qəbələ” idman klubunun boksçuları növbəti sınağına çıxacaqlar.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “Qəbələ”nin idmançıları Ukraynanın “KB-75” klubu ilə beynəlxalq yoxlama görüşü keçirəcək.
Krivoy Roq şəhərində təşkil olunacaq matç 7 döyüşdən ibarət olacaq. Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə “Qəbələ” və “KB-75”in boksçuları 7 çəki dərəcəsində üz-üzə gələcəklər.
Oktyabrın 21-də keçiriləcək görüşdə Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (91 kq-dan yuxarı) təmsil edəcəklər.
Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.

İdman 2017-10-13 18:11:00