×
A
A
A
Sazlamalar

Gəncə şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesi başa çatıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi başa çatıb.
AZƏRTAC “Kəpəz” futbol klubunun saytına istinadən xəbər verir ki, cari il mayın əvvəlindən təmirə bağlanılan arenada ot örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub.
“SİS” şirkət tərəfindən salınan qazon 5 ay ərzində müasir standartlara cavab verən vəziyyətə gətirilib. Ötən həftə xarici mütəxəssislər stadionda olaraq xüsusi texniki cihazlar vasitəsilə ot örtüyünün keyfiyyətini yoxlamadan keçiriblər. Təftişin nəticələri uğurlu olub. Son tamamlama işlərindən sonra isə meydança təhvil verilib.
Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilib.

İdman 2017-10-13 17:52:00