×
A
A
A
Sazlamalar

Cüdo üzrə Bakı birinciliyinin ilk gününün qalibləri müəyyənləşib

Bakı, 13 oktyabr, AZƏRTAC

“Sərhədçi” İdman Olimpiya Kompleksində 18 yaşadək cüdoçular arasında Bakı birinciliyində ilk günün qalibləri məlum olub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, paytaxt birinciliyində 42 klubdan 331 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır.
Yarışda Aydın Rzayev (46kq), Nicat Məmmədli (50 kq), Əli Yusifov (55 kq) və Mətin Rzazadə (60 kq) qızıl medala sahib olublar.
Mükafatçılar BŞGİBİ-nin, Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələrlə mükafatlandırılıblar.

İdman 2017-10-13 17:11:00