×
A
A
A
Sazlamalar

Azərbaycanın həndbol hakimləri beynəlxalq oyunlara dəvət alıblar

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri beynəlxalq oyunlara dəvət alıblar.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, həmyerlilərimizdən İsgəndər Əsgərov kişilər arasında “Challenge Cup” uğrunda yarış çərçivəsində “Dinamo Viktor” (Rusiya) - “VHC Silviesa Vilnus” (Litva) qarşılaşmasında Avropa Həndbol Federasiyasını (EHF) təmsil edəcək. Oktyabrın 14-də Rusiyada keçiriləcək matçın hakimləri latviyalı İvars Çernavskis və Edmunds Boqdanovs olacaqlar.
Emil və Ernest Ağakişi qardaşları isə oktyabrın 22-də qadın həndbolçular arasında EHF kuboku uğrunda keçiriləcək “C.S.M. Roman” (Rumıniya)-“DKKA Dunaujvaros KA” (Macarıstan) görüşünü idarə edəcəklər. Rumıniyada baş tutacaq oyunda Avropa Həndbol Federasiyasının nümayəndəsi yunanıstanlı Stefan Partemian olacaq.

İdman 2017-10-13 17:13:00