×
A
A
A
Sazlamalar

PSJ azarkeşləri “Marsel” ilə oyuna buraxılmayacaq

Bakı, 13 oktyabr, AZƏRTAC

PSJ futbol klubunun azarkeşləri Fransa çempionatı çərçivəsində “Marsel” ilə səfər oyununa buraxılmayacaq.
AZƏRTAC “L’Equipe” qəzetinə istinadla xəbər verir ki, ardıcıl üç ildir Paris klubunun azarkeşlərinə oyununun keçirildiyi “Velodrom” stadionuna giriş qadağandır. Bunun təhlükəsizlik məsələləri ilə əlaqədar olduğu bildirilir.
Qeyd edək ki, “Marsel”-PSJ oyunu Fransa çempionatının X turu çərçivəsində oktyabrın 22-də keçiriləcək.

 

İdman 2017-10-13 14:07:00