×
A
A
A
Sazlamalar

2001-2002-ci il təvəllüdlü güləşçilər arasında Bakı birinciliyinə yekun vurulub

Bakı, 13 oktyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında güləş üzrə paytaxt birinciliyi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə 224 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Ramin Heybətov (42 kq), Ruslan Şıxıyev (46 kq), Məhəmmədəli Quliyev (50 kq), Azər Əhmədov (54 kq), Bəhmən Piriyev (58 kq), Əşrəf Aşımov (63 kq), Vahid Əlizadə (69 kq), Cəfər Hacızadə (76 kq), Fuad Mayılov (85 kq) və Fərid Məmmədov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yunan-Roma güləşi yarışlarında isə 245 idmançı 10 çəki dərəcəsində xalça üzərinə çıxıb.
Yarışda Ariz Hüseynov (42 kq), Qurban Qurbanov (46 kq), Həsrət Cəfərov (50 kq), Murad Abbasov (54 kq), Rəvan Fərhadov (58 kq), Xasay Həsənli (63 kq), Rəvan Kərimov (69 kq), Qabil Əhmədov (76 kq), Əliheydər Əliyev (85 kq) və Əli Fərmanov (100 kq) qızıl medala sahib olublar.
Sərbəst güləş üzrə yarışlarda ilk üç, yunan-Roma güləşi üzrə yarışlarda isə ilk beş yeri tutan idmançılar açıq respublika turnirinə vəsiqə əldə ediblər.
Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılıblar.

 

İdman 2017-10-13 13:27:00