×
A
A
A
Sazlamalar

İsveçrə prokurorluğu “PSJ”nin prezidentini korrupsiyada şübhəli hesab edir

Bakı, 13 oktyabr, AZƏRTAC

”PSJ” futbol klubunun prezidenti Nasser Al-Xelayfi dünya çempionatını translyasiya etmək hüquqlarının alınması zamanı korrupsiyada şübhəli sayılır.
AZƏRTAC xəbər verir ki, İsveçrə prokurorluğu bu məsələ üzrə təhqiqata başlayıb. Al-Xelayfi həm də Qətərin “BeİN Sports” teleşirkətinin rəhbəridir.
Məlumata görə 2018, 2022, 2026 və 2030-cu illərdə keçiriləcək futbol üzrə dünya çempionatlarının konkret ölkələrdə translyasiya edilməsi hüquqları rüşvət müqabilində satılmış ola bilər. Rüşvətxorluqda FİFA-nın keçmiş baş katibi Jerom Valk şübhəli bilinir.
İsveçrəlilər bu təhqiqatla əlaqədar Fransa, Yunanıstan, İtaliya və İspaniyadakı həmkarları ilə əməkdaşlıq edirlər.

 

İdman 2017-10-13 11:53:00