×
A
A
A
Sazlamalar

Azərbaycanın U-17 millisi Ukrayna yığması ilə qarşılaşacaq

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan yığması 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ikinci oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, futbolçularımız Bolqarıstanın Qorna Oreçovitsa şəhərindəki “Lokomotiv” stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.
Qarşılaşmanı türkiyəli baş hakim Halil Umut Meler idarə edəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İdman 2017-10-13 10:20:00