×
A
A
A
Sazlamalar

“Araz” komandası UEFA kubokunun əsas mərhələsində növbəti qələbəsini qazanıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində ikinci oyununu keçirən Naxçıvanın “Araz” komandası Malta çempionu “St Andreus”la qarşılaşıb və 6:4 hesabı ilə qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, “Araz”ın heyətində Maykon da Silva 4 dəfə, Karvalho dos Santos və Teles Thaqo isə hərəyə bir dəfə fərqləniblər.
“Araz” ilk oyunda Bosniya və Herseqovinanın “Mostar” komandasını 5:2 hesabı ilə məğlub edib.
Təmsilçimiz qrupda son oyununu oktyabrın 14-də Rumıniyanın “Deva” komandasına qarşı keçirəcək.

İdman 2017-10-13 10:04:00