Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


“Ziyalı sözü” layihəsi çərçivəsində ilk tədbir keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşdırılan “Ziyalı sözü” layihəsi çərçivəsində ilk tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, GTM-in sədri və layihə rəhbəri Fəxrəddin Həsənzadə təmsil etdiyi qurum tərəfindən gənclərin tanınmış şəxslər, ziyalılar, deputatlarla görüşlərinin təşkil olunduğunu vurğulayıb. Bildirib ki, “Ziyalı sözü” layihəsinin ilk qonağını GTM-in üzvləri səsvermə yolu ilə müəyyən ediblər.
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, şair və publisist Rəşad Məcid gənclərlə görüşdən məmnunluğunu diqqətə çatdırıb. Gənclərlə çalışmağın önəmindən danışan R.Məcid onların istedad, bilik, əzmkarlıq, zəhmətkeşlik kimi əsas xüsusiyyətlərə sahib olmasının vacibliyini qeyd edib.
Söhbət zamanı gənclərin sualları cavablandırılıb, müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, şairin “Bir də gəlməyəcək”, “Yaxşı ki...” şeirləri səsləndirilib.
Sonda R.Məcid müəllifi olduğu kitabları imzalayaraq gənclərə hədiyyə edib.

Sosial 2017-10-12 20:44:00