Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Müasir şərqşünaslığın aktual problemləri araşdırılacaq

Bakı, 12 oktyabr, AZƏRTAC 

Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Müasir şərqşünaslığın aktual problemləri (Ziya Bünyadov qiraətləri)” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun xatirəsinə həsr olunan tədbir iki gün davam edəcək.

Elm və təhsil 2017-10-12 19:44:00