×
A
A
A
Sazlamalar

Əfsanəvi futbolçu Liberiyada prezident seçilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Əfsanəvi futbolçu Corc Vea ölkəsi Liberiyada prezident seçilib.
AZƏRTAC xəbər verir ki, vaxtilə İtaliyanın “Milan” klubunda oynayan 51 yaşlı futbolçu seçkilərdə ən çox səsi qazanan şəxs olub.
Qeyd edək ki, C.Vea 1995-ci ildə FIFA-nın “Qızıl top” mükafatını qazanıb. O, bu mükafata layiq görülən ilk afrikalı futbolçu olub.
Vea 1995-1996-cı və 1997-1998-ci illərdə “Milan” klubu ilə İtaliya çempionluğunu yaşayıb.

İdman 2017-10-12 15:09:00